UEFA Çempionlar Liqasında Liqa mərhələsində 3-cü tura start verilib.
Sportal.az xəbər verir ki, "Milan" "Brügge"ni məğlub edə bilib.
"Real" isə "Borussiya" ilə görüşdə "come back" etməyi bacarıb. "Yuventus" "Ştutqart"la matçda rəqibinə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
Milan (İtaliya) – Brügge (Belçika) 3:1
Qollar: K.Pulişiç, 34, T.Reynders, 61, 71 – K.Sabbe, 51
Monako (Fransa) – Srvena Zvezda (Serbiya) 5:1
Qollar: T.Minamino, 20, 70, B.Embolo, 45+4, V.Sinqo, 54, M.Akluçe, 90+6 – Ş.Ndiaye, 27
Arsenal (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 1:0
Qol: D.Risnik, 29 (avtoqol)
Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: C.Makqin, 55, C.Duran, 64
Jirona (İspaniya) – Slovan (Slovakiya) 2:0
Qollar: M.Qutierres, 42, Xuanpe, 73
Yuventus (İtaliya) – Ştutqart (Almaniya) 0:1
Qol: Ture, 90+2
PSJ (Fransa) – PSV (Niderland) 1:1
Qollar: A.Hakimi, 55 – N.Lanq, 34
Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 5:2
Qollar: A.Rüdiger, 60, V.Junior, 63, 86, 90 L.Vaskes, 84 – D.Malen, 30, B.Gittens, 34
Şturm (Avstriya) – Sportinq (Portuqaliya) 0:2
Qollar: N.Santos, 23, V.Qyökereş, 53