Bakıya gələcək komanda bərabərə qaldı - VİDEO

11:34 - 28 Oktyabr 2024

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Lion” Fransa Liqa 1-də növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, “Lion” 9-cu turda “Oser”lə oynayıb və görüşü 2:2 hesabı ilə yekunlaşıb. “Qarabağ”ın rəqibi 14 xalla 7-ci pillədədir. Qeyd edək ki, “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Xəbər xətti