"Atalanta"nın yarımmüdafiəçisi Mario Paşaliç Türkiyəyə yollanmağa hazırlaşır.
Sportal.az "Fanatik"ə isitnadən xəbər verir ki, xorvatiyalı futbolçu "Qalatasaray"a keçə bilər.
İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün artıq "Atalanta"ya rəsmi təklif göndərib.
Mario bu mövsüm A Seriyasında 9 oyunda 1 qol vurub, 1 asist edib. Transferin qışda reallaşacağı gözlənilir.
Xorvatiya millisinin üzvü karyerası ərzində “Hayduk”(Split), “Çelsi”, “Elçe”, “Monako”, “Milan”, “Spartak”(Moskva) komandalarında da oynayıb.
saytlarin hazirlanmasi