"Hatayspor"dan ayrıldıqdan sonra klubsuz olan Volkan Demirel Super Liqaya qayıdır.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Bodrum"u çalışdıracaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Bodrum" klubu baş məşqçi İsmet Taşdemirlə yollarını ayırmağa hazırlaşır. Super Liqanın debütantı qısa zaman ərzində ayrılığı açıqlayacaq.
Klub rəhbərliyi Volkan Demirellə razılıq əldə edib. İsmet Taşdemirlə yollar ayrıldıqdaqn sonra yeni baş məşqçi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, "Bodrum" Super Liqada 10 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi