"Qalatasaray"ın əfsanəsi karyerasını başa vurur

12:59 - 2 Noyabr 2024

"Qalatasaray"ın qapıçısı Fernando Muslera gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, uruqvaylı qolkiper peşəkar futbolla vidalaşır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

38 yaşlı futbolçu mövsümün sonunda karyerasını başa vuracaq.

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli qapıçı İstanbul təmsilçisinin heyətində 521 rəsmi matçda meydana çıxıb. O, "sarı-qırmızılar"ın forması ilə 7 dəfə Türkiyə çempionu olub.

Xəbər xətti