"Qarabağ"ın müdafiəçisi: "Bodo-Qlimt"lə görüşdə qalib gəlmək istəyirik"

13:22 - 3 Noyabr 2024

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Misli Premyer Liqasının 12-ci turunun "Turan-Tovuz"la (0:0) oyununu şərh edib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu komandasının Tovuzdakı nəticəsi haqda danışıb. Bununla yanaşı, o, Avropa Liqasının 4-cü turunda qarşılaşacaqları "Bodo-Qlimt" görüşü haqda fikirlərini söyləyib: 

"Düşünürəm ki, "Turan Tovuz"la matç azarkeşlər üçün maraqlı oldu. Stadionda yaxşı ab-hava var idi. Çətin və bərabər səviyyəli oyun alındı. "Turan-Tovuz" bizim üçün əlverişsiz rəqibdir. Onlar kompakt şəkildə müdafiə olunurlar və süni örtüklü meydançada onların müdafiəsini keçmək çox çətindir. Bu, təkcə bizim üçün deyil, digər komandalar üçün də çətindir. Norveç səfəri ərəfəsində Tovuzda süni meydançada oynamaq yerinə düşdü. Qarşıda bizi “Bodo-“Qlimt”lə görüş gözləyir. Həmin matçda qalib gəlmək istəyirik".

Qeyd edək ki, "Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də baş tutacaq və görüşə Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Mirbağırağa
 

Xəbər xətti