"Beşiktaş" avrokubok oyununu İstanbulda keçirməyəcək

17:36 - 4 Noyabr 2024

"Beşiktaş" Avropa Liqası Liqa mərhələsinin "Makkabi" ilə (Təl-Əviv) ev oyununu İstanbulda keçirməyəcək.

Sportal.az xəbər verir ki, UEFA Türkiyə və İsrail arasındakı münasibətləri nəzərə alaraq belə qərar verib. Bu barədə "TRT Spor" məlumat yayıb.

Qarşılaşmanın baş tutacağı ölkə və stadion həftənin sonuna kimi bəlli olacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" görüşü 28 noyabr tarixində keçirilməlidir.

Xəbər xətti