Norveç mətbuatı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin IV turunda Budedə “Bodo-Qlimt” üzərində qazandığı qələbəsindən (2:1) yazıb.
Sportal.az xəbər verir ki, “TV”.no.” nəşri Ağdam təmsilçisinin qələbəsinə bu cür şərh verib:
“Qarabağ”dan məğlubiyyət həm gözlənilməz, həm də sarsıdıcı oldu. "Bodo-Qlimt" təcili olaraq formasını bərpa etməlidir. Onlar “Rosenborq” və “Molde”dən hərəyə üç, “Qarabağ”dan isə iki qol buraxıblar. Bu təhlükə siqnalıdır”.
Qeyd edək ki, “Qarabağ” noyabrın 7-də Toral Bayramov və Abdullah Zubirin qolları sayəsində Norveçdə 2:1 qalib gəlmişdi.
saytlarin hazirlanmasi