"Qalatasaray"ın futbolçusu "Borussiya"ya keçə bilər

20:47 - 1 Dekabr 2024

“Qalatasaray”ın futbolçusu Kerem Demirbay komandanı tərk etməyə hazırlaşır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Almaniya Bundesliqasına qayıda bilər. Belə ki, “Borrusiya”(Dortmund) almaniyalını icarəyə götürə bilər.

Dortmund klubunun baş məşqçisi Nuri Şahin Kərəmi sərəncamında görmək istəyir. Onun xidmətində maraqlı olan digər klub isə “Trabzonspor”dur. Demirbayın “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Türkiyə çempionu ilə 2023-cü il avqustun 3-də müqavilə imzalayıb.
 

Xəbər xətti