“Beşiktaş” heyətini ingilis futbolçu ilə gücləndirə bilər.
Sportal.az “Takvim”ə istinadən xəbər verir ki, “qara qartal” “Eyüpspor”un üzvü Emre Akbabanı transfer etmək istəyir. “Beşiktaş” 32 yaşlı yarımmüdafiəçi üçün artıq danışıqlara başlayıb.
Amma “Eyüpspor” onu buraxıb-buraxmayacağı hələ ki, dəqiq deyil. Akbabanın hazırkı müqaviləsi 2206-cı il iyunun 30-na qədərdir.
Emre karyerası ərzində “Kahramanmaraşspor”, “Antalyaspor”, “Alanyaspor”, “Qalatasaray”, “Adana Demirspor” klublarında çıxış edib.