Millimiz Bolqarıstana qalib gəldi

18:03 - 15 Mart 2025

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.

Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.

Xəbər xətti