Braziliya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "sambaçılar"ın futbolçusu Neymar sıradan çıxıb. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
"Santos"un vingeri zədələnib. Uzun müddətdən sonra milliyə dəvət alan Neymar heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 21-də Kolumbiya, 26-sı isə Argentina ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi