Qurban Qurbanovun İcraiyyə Komitəsinin son iclasında iştirak etməməsinin SƏBƏBİ BİLİNDİ

22:24 - 15 Mart 2025

Dünən AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Komitənin bütün üzvləri toplantıda iştirak etsə də, Qurban Qurbanov həmin iclasa qatılmayıb. 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin İcraiyyə Komitəsinin toplantısına qatılmamasının səbəbi bilinib. Qurban Qurbanov bu gün keçirilən "Kəpəz"lə oyunsonrası mətbuat konfrasında məsələ ilə bağlı sualı cavablandırıb:

"Əvvəlcədən həmin iclasın Tovuzda keçirilməsi razılaşdırılmışdı. Biz də iştirakımızı təsdiqləmişdik. Lakin son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib işi olduğu üçün iclas Bakıda baş tutacaq". 

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası keçirildiyi gün Qurban Qurbanov "Qarabağ"la birlikdə Tovuza gəlib. 

Xəbər xətti