Qış fasiləsindən sonra əla çıxış sərgiləyən "Zirə" dövrənin son oyununda "Sabah"la bərabərə qalıb. Bununla da, 7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 3-cü dövrəni 22 xalla bitirib. "Zirə" bu göstəriciylə dövrənin lideri olub.
Sportal.az xəbər verir ki, "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov "Sabah"la oyunsonrası mətbuat konfransında danışarkən, məşqçilik təcrübəsinə əsasən 4-cü dövrənin ən həlledici olduğunu deyib. Qarşıda onları çətin mübarizə gözlədiyini də, sözlərinə əlavə edib.
Qeyd edək ki, "Zirə" 27 turdan sonra 52 xalla 2-ci pillədə qərarlaşıb. Ən yaxın izləyicisi "Araz-Naxçıvan" onlardan 5 xal geri qalır. İlk pillədə qərarlaşan "Qarabağ"ın isə 64 xalı var.
saytlarin hazirlanmasi