Braziliya mətbuatı "Flamenqo"nun hücumçusu Juninyonun "Fluminense"yə (2:1) vurduğu qoldan yazarkən, onun "Qarabağ"dakı karyerasını qeyd ediblər.
Sportal.az xəbər verir ki, “Ge.Globo” nəşri Juninyonun Ağdam klubundakı karyerasını bərpa etmək istədiyini yazıb:
"Flamenqo"ya keçdikdən bəri Juninyo ideal fiziki vəziyyətə nail olmağa çalışır. Lakin əzələ problemləri bu məqsədə çatmasına mane olur. Hücumçu özünü ən yaxşı durumda hiss etdiyi çəkiyə çatacağına ümid edir. Braziliyalının hədəfi 75 kq-dır. Juninyo məhz "Qarabağ"dakı ideal formasına çatmağı hədəfləyir. "Qarabağ"da komandanın məşqçilər korpusunun köməyi ilə hücumçu özünün ən yaxşı fiziki formasını tapmışdı. O, 2023/2024 mövsümündə Azərbaycan klubunun heyətində 55 oyunda 33 qola imza atmışdı. Keçən ilin ikinci yarısında isə Juninyo komandanın heyətində 25 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə etmişdi".
saytlarin hazirlanmasi