Rəşad Sadıqovdan Ayxan Abbasova dəstək - AFFA-nın doğru qərar verdiyini dedi

23:52 - 15 Mart 2025

Nəhayət ki, futbol ictimaiyyəti AFFA-dan da müsbət qarşılanan qərara sevinib. Ölkəmizin ən yaxşı məşqçilərindən sayılan Ayxan Abbasov U-21 millisinə baş məşqçi təyin olunub.

Sportal.az xəbər verir ki, futbolumuzun nüfuzlu siması Rəşad Sadıqov da bu təyinatı dəstəkləyib. O, bu vəzifəyə ən ideal namizədin məhz Ayxan Abbasovun olduğunu deyib:

"Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizəd mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir".

Xəbər xətti