Millimiz Bolqarıstana qarşı

10:17 - 15 Mart 2025

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.

15 mart
Bolqarıstan (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Bayıl stadionu. Saat 16:00
Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)
Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Kristiana Moreyra Koşta (Portuqaliya)
Dördüncü hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Xəbər xətti