"Turan Tovuz"un futbolçusu Orxan Əliyev Sportal.az saytına açıqlama verib. Bölgə klubunun hücumçusu komandasının son turda Bakıda “Neftçi” ilə 1:1 oynamasını şərh edib:
"Neftçi"yə qarşı yaxşı mübarizə apardıq. Həmin görüşdə yalnız qələbə haqda düşünürdük. Sona qədər əzmkar oyun nümayiş etdirdik. Bakıda qalib gəlmək istəyirdik. Meydanda 10 nəfərlə qalmağımız oyunumuza da təsir etdi. Hər halda, sonda qol vuraraq bir xalı əldə etdik. Çox çətin oyun idi”.
Tovuz klubunun üzvü komandasının Misli Premyer Liqasının 27-ci turunda “Sumqayıt”a qarşı keçirəcəkləri görüşdə şanslarını da dəyərləndirib:
"Neftçi"yə qarşı oyun geridə qalıb. Biz həftə ərzində “Sumqayıt”la görüşə hazırlaşdıq. Bu oyun bizim üçün çox vacibdir. Evdə oynayırıq, tribunada yaxşı atmosfer olacaq. Çalışacağıq ki, qalib gələk. Bizim yaxşı komandamız var, yaxşı baş məşqçiyə sahibik".