Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi İngiltərənin “Ridinq Rokets” basketbol klubu növbəti kubokunu qazanıb.
Sportal.az xəbər verir ki, bu komanda finalda “Milton Keyns”i 97-75 hesabı ilə məğlub edərək İngiltərə Birinci Divizion komandaları üçün “Kitkinq Trofi” kubokununa sahib çıxıb.
Xatırladaq ki, Nuruzadənin komandası yanvarda İngiltərə Kubokunun qalibi olmuşdu.