Fransa millisinin sabiq futbolçusu Klod Makelele Antonio Rüdigerin “Real”a keçidini ona necə məsləhət gördüyünü açıqlayıb.
Sportal.az xəbər verir ki, bir vaxtlar "Real"ın da şərəfini qoruyan Makelele "FreeFoot"a müsahibəsində bunları qeyd edib:
"Sadəcə, indi ona baxın. “Real”a keçmək şansı yarananda ilk növbədə mənə yaxınlaşdı və soruşdu: “Səncə, nə edim?” Mən isə dedim: “İrəli get, bu sənin şansındır." "Bavariya" və "PSJ"dən təklifləri var idi, amma mən ona belə dedim:
"Kuboklar qazanmaq istəyirsən? Artıq müəyyən uğurlar əldə etmisən, hər şeyin var, amma həqiqətən də ən yüksək səviyyəli futbolçu olmaq istəyirsənsə, onda ora get. Böyük oyunçularla birgə çalış və bunun nə demək olduğunu anla".
saytlarin hazirlanmasi