"Real"ın (Madrid) kapitanı Lukas Vaskes Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Arsenal"a məğlubiyyəti (1:2) şərh edib.
Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, ispan futbolçu “kral klubu”nun ÇL-dən kənar qalması haqda bu cür danışıb:
"Çətin matç. Oyunun ipini əldən buraxmamışdıq, amma bu matçda çoxlu fasilələr və dayanmalar oldu. Sanki hər şey bizim əleyhimizə gedirdi. Biz birlikdə qalib gəlirik və birlikdə uduzuruq. Bu, futbolun bir hissəsidir. Bütün madridlilər bilirlər ki, biz qalib gəlmək üçün əlimizdən gələni etdik. Lakin bu, həmişə işə yaramır”.