Çempionlar Liqasında yarımfinal matçlarının hakimləri açıqlandı

16:57 - 28 Aprel 2025

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

Sportal.az "Arsenal" - PSJ matçını sloveniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona yax xətt hakimləri Tomaş Klançnik və Andraş Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını Matey Yuq yerinə yetirəcək.

"Barselona" - "İnter" matçında isə fransalı ədalət təmsilçiləri iş başında olacaq. Oyunun baş hakimi Klemen Turpendir. Laynsmanlar Nikolas Danos və Benjamin Paj olacaq. Fransua Leteksye 4-cü hakim təyin olunub.

Qeyd edək ki, "Arsenal" - PSJ qarşılaşması sabah baş tutacaq. "Barselona" - "İnter" görüşü isə ayın 30-u keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti