"Napoli"nin müdafiəçisi: "Qarabağ"a qarşı oyun çətin keçdi"

21:23 - 26 Noyabr 2025

"Napoli"nin müdafiəçisi Amir Rrhmani Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Neapolda "Qarabağ" üzərində 2:0 hesablı qələbəni şərh edib.

Sportal.az “Napoli Magazine” nəşrinə istinadən xəbər verir ki, kosovolu futbolçu Azərbaycan çempionuna qarşı keçirilmiş matç haqda danışıb:

“Həmişə əlimizdən gələni etməliyik. "Qarabağ"la oyun çətin keçdi, amma hər şey yaxşı alındı. Baxmayaraq ki, daha yaxşı ola bilərdi. Çoxlu qol şansları yaratdıq və müdafiədə və yarımmüdafiədə mütəşəkkil idik. Rəqibimiz kim olursa olsun, hər şey həmişə bizdən asılıdır”.

Xəbər xətti