UEFA-dan "Qarabağ"a cəza - irqçi ifadələrə görə

00:01 - 28 Noyabr 2025

UEFA İntizam Komitəsi “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı səbəbi ilə cəzalandırıb.

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cəzaya səbəb “Qarabağ” azarkeşlərinin rəqib futbolçusuna qarşı irqçi ifadələr səsləndirməsi olub. UEFA klubun 5000 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edib.

Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmək şərti ilə cəzalandırılıb. Əgər “Qarabağ” azarkeşləri bu müddət ərzində təkrar irqçi hərəkətlərə yol verərlərsə, cəza qüvvəyə minəcək.

Xəbər xətti