Yankoviç "Napoli" ilə matçda Bikalyo, yoxsa başqa futbolçu ilə mübahisə edib? - FOTO

11:48 - 28 Noyabr 2025

Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Napoli” ilə qarşılaşan “Qarabağ” səfərdə rəqibinə 0:2 uduzub.

Bu matçda diqqətçəkən məqamlardan biri “Qarabağ”ın futbolçularının “Napoli”nin futbolçusu Rasmus Hoylundun penalti zərbəsini yerinə yetirməmişdən öncə qeydə alınıb. 

Belə ki, Marko Yankoviç “Qarabağ”dakı komanda yoldaşlarından biri ilə mübahisə edib. Yankoviçin Pedro Bikalyo ilə arasında anaşılmazlıq olduğu tirajlanıb.

Lakin bəzi detallara diqqət etsək, monteneqrolunun Bikalyo ilə deyil, Mateus Silva ilə mübahisə etdiyini görmək olar.

Əslində, qeydə alınan videoda bu, tam yaxşı görünməsə də ən azından Mateus Silva və Pedro Bikalyonun həm fiziki quruluşundan, həm də həmin oyuna hansı rəngli butsla çıxmasından bunu sezmək mümkündür. Hər halda, "Qarabağ"ın digər futbolçularının sayəsində məsələ böyüməyib və ara sakitləşib.

Sportal.az

Xəbər xətti