Portuqaliya millisinin sabiq üzvü Andre Qomeş ölkəsində oynaya bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Porto” ilə danışıq aparır.
Təcrübəli futbolçunun “Lill”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Bu mövsüm Fransa klubunda cəmi 2 matçda meydana çıxmış Qomeş özü də ayrılıq haqda düşünür.
Andre “Porto”nun yetirməsidir, “Benfika”, “Valensiya”, “Barselona”, “Everton” klublarında oynayıb.
