"Marsel" klubu Maliyyə Feyr-Pley (FFP) qaydalarını pozduğu üçün 2026/27 mövsümündə avrokubklarda iştirak hüququndan məhrum edilə bilər.
Sportal.az "L'Équipe" nəşrinə isstinadən xəbər verir ki, Fransa klubunun son üç mövsümdəki maliyyə itkiləri 157 milyon avroya çatıb. Halbuki, "Marsel" 2022-ci ildə UEFA ilə müqavilə bağlamışdı və həmin razılaşmaya əsasən, klub maliyyə sabitliyini təmin etməli, üçillik dövr ərzində zərərin həcmini 60 milyon avrodan yuxarı qaldırmamalı idi.
Müəyyən edilmiş limitin əhəmiyyətli dərəcədə aşılması səbəbindən UEFA-nın intizam orqanları elə bu həftə klubun işinə baxmağı planlaşdırır. Ehtimal olunan cəzalardan biri komandanın Avropa turnirlərində iştirakdan kənarlaşdırılması ola bilər.
Qeyd edək ki, "Marsel" Liqa 1-də 59 xal toplayaraq mövsümü 5-ci pillədə başa vurub və bu nəticə ilə Avropa Liqasına vəsiqəni təmin edib. Lakin komandanın turnirdəki iştirakı artıq təkcə idman nəticələrindən deyil, həm də UEFA-nın klubun maliyyə vəziyyəti ilə bağlı verəcəyi qərardan asılı olacaq.
saytlarin hazirlanmasi
