"Neftçi" UEFA reytiqində də Azərbaycanda rəqib tanımır

11:39 - 15 İyul 2013

"Ağ-qaralar" 197-ci yerdə qərarlaşıb

 

459 klubun yer aldığı UEFA-nın reytinq siyahıda Azərbaycanın 7 təmsilçisi yer alıb.

 

Sportal.az xəbər verir ki, bunlar “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, AZAL və “Simurq”du. Ən yüksək reytinqə malik klubumuz son ölkə çempionu “Neftçi”di (6.825). “Ağ-qaralar” 197-ci yerdə gedirlər. “Qarabağ” 6.325 xalla 209-cu, “İnter” 4.075 xalla 276-cı pillədə qərarlaşıb.

 

"Bakı" 277-ci, "Xəzər Lənkəran" 302-ci, AZAL 380-ci, "Simurq" isə 381-cidi.  

Xəbər xətti