Böyükağa Hacıyevin sərəncamında 3 qapıçı və 20 oyunçu var
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkəmizi təmsil edəcək “Neftçi” UEFA-ya iştirak ərizəsini göndərib.
Sportal.az xəbər verir ki, son ölkə çempionunun göndərdiyi iştirak ərizəsində 23 futbolçu yer alıb. Albaniya “Skenderbeu”su ilə üzləşəcək komandanın baş məşqçisi Böyükağa Hacıyevin sərəncamında 3 qapıçı və 20 oyunçu var.
Futbolçulardan Melvin Platye, latviyalı Pavel Doroşev və braziliyalı Alexandr Karlos Kardosa komandanın yeni transferlərdir. “Neftçi” iyulun 17-də Bakıdakı oyuna 1 sutka qalmışadək daha 1 futbolçu sifariş edə bilər. Bu, həmin vaxt transferi rəsmiləşəcək kamerunlu yarımmüdafiəçi Ernest Nfor olacaq.
“Neftçi” ötən mövsüm müvafiq olaraq “Sumqayıt” və “Simurq”da icarədə olan gənc futbolçuları - Slavik Alxasovla Nicat Qurbanovu heyətində saxlayıb. Sonuncu Araz Abdullayevin geydiyi 17 nömrəli formaya sahib çıxıb. Araz “Neftçi”də son olaraq braziliyalı yarımmüdafiəçi Rodriqinyonun daşıdığı 7 nömrəni götürüb. Platye isə “Neftçi” ilə yollarını ayıran ötən çempionatın bombardiri olan çilili həmkarı Nikolas Kanalesin geydiyi 11 nömrəli formada oynayacaq.
Qapıçılar: 1. Pavel Doroşev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç
Müdafiəçilər: 20. Slavik Alxasov, 16. Bruno Bertuççi, 2. Alexandr Karlos Kardosa, 4. Tərlan Quliyev, 17. Nicat Qurbanov, 5. İqor Mitreski, 22. Mahir Şükürov, 3. Denis Kruz, 32. Elvin Yunuszadə
Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 9. Valensio Aleks Flavio, 25. Cavid İmamverdiyev, 15. Erik Ramos, 6. Rəşad Sadiqov, 10. Julius Vobay, 19. Mirhüseyn Seyidov
Hücumçular: 14. Bahodir Nasimov, 11. Melvin Platje, 8. Elşən Abdullayev, 28. Emin Mehdiyev
saytlarin hazirlanmasi