Vidadi Rzayev: "Neftçi"dən ancaq qələbə gözləyirəm
“Bu gün “Neftçi”dən ancaq qələbə gözləyirəm. İnanıram ki, lazımlı nəticəni qazanıb Albaniyada büdrəməyəcək".
Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev deyib. Rzayev bu il ən azı iki klubumuzun qruplara düşəcəyini də vurğulayıb:
Mən bu il ən azından iki komandamızın qruplara düşməsini gözləyirəm. Ümumiyyətlə bu il avrokuboklarda çıxış edən klublarımız qruplara düşməyə layiqdirlər. Arzu edirəm ki, “Neftçi” bu il Çempionlar Liqasının qrupuna düşsün”.
saytlarin hazirlanmasi