"Bu həftə "Qarabağ" və "Neftçi" naminə səfərbər olmalıyıq"

12:23 - 17 İyul 2013

Gündüz Abbaszadə: "1 həftə sonra isə "Xəzər Lənkəran" və "İnter"i tək qoymayaq"
 
 
“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə bu həftə baş tutacaq Avropa Liqasının oyunları ilə əlaqədar  azarkeşlərə müraciət edib. Müraciətdə deyilir:
 
“Vaxtdır. Səfərbərlik vaxtı. Qarabağ naminə səfərbərliyimiz baş tutacaq. Geci-tezi var. Amma bu həftə “Qarabağ” və “Neftçi” naminə səfərbər olmalıyıq. “Qarabağ”lısı, “Neftçi”lisi, “Xəzər Lənkəran”lısı, “Kəpəz”lisi, “Turan”lısı, “İnter”lisi, “Simurq”lusu, “Bakı”lısı, “Qəbələ”lisi, “Sumqayıt”lısı... Futbol azarkeşi olmayanı belə. Fərq etməz. Qarabağ naminə döyüşdə həmrəy olacağımıza kimsə şübhə etmir. Amma hələlik həmrənglik zamanıdı. 3 rənglilik. Mavi, qırmızı, yaşıl. Odur ki, Azərbaycan naminə hamı stadionlara. Bu həftə “Neftçi” və “Qarabağ”ı, 1 həftə sonra isə “Xəzər Lənkəran” və “İnter”i tək qoymayaq. Avrokuboklarda uğuru sizin dəstəyiniz olmadan qazanmaq mümkün deyil.
 
Gündüz ABBASZADƏ
 
P.S. Jurnalist dostlarımdan da bir xahişim olacaq. Bu müraciətimi imkan daxilində paylaşın. Niyəsini deməyə ehtiyac yoxdu məncə.

Xəbər xətti