Futbolçu sənədləri qaydasına qoya bilmədi
ÇL-nın II təsnifat mərhələsində bu gün Albaniyanın “Skenderbu” klubu ilə görüşəcək "Neftçi" kamerunlu futbolçu Ernest Nforun xidmətindən yararlana bilməyəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu UEFA-ya göndərdiyi iştirak ərizəsinə 27 yaşlı oyunçunun adını daxil edə bilməyib. 23 nəfərlik siyahını ötən həftə qitə futbol qurumuna təqdim edən "Neftçi" daha 1 oyunçunu matça 1 sutka qalmışadək sifariş edə bilərdi.
Ancaq Nfor transfer sənədləri ilə bağlı problemi yoluna qoymadığından, bunu gerçəkləşdirmək hələ ki mümkün olmayıb.
saytlarin hazirlanmasi