"Neftçi"nin potensial rəqibləri bilinəcək

20:08 - 18 İyul 2013

Sabah "flaqman"ın rəqibi açıqlanacaq
 
Sabah İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının  III təsnifat mərhələsinin püşkatması keçiriləcək.
 
Sportal.az xəbər verir ki, ölkəmizi qitənin ən nüfzulu klub turnirində təmsil edən "Neftçi" Albaniya "Skenderbeu"su səddini aşarsa səpələnməmişlərdə qərarlaşan klubların biri ilə mübarizə aparacaq.
 
Burada isə "ağ-qaralar"ı "Seltik", "Bazel", "Viktoriya" və keçən il məğlub edilən APOEL var.
 
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
 
Səpələnmişlər
 
“Bazel” (İsveçrə)
 APOEL (Kipr)
 “Austriya” (Vyana, Avstriya)
 BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
 “Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya) cütünün qalibi
 “Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
 “Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
 “Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi
 “Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) cütünün qalibi
 “Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) cütünün qalibi
 
Səpələnməmişlər
 
“Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya) cütünün qalibi
 “Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi
 “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) cütünün qalibi
 HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
 “Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya) cütünün qalibi
 “Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) cütünün qalibi
 “Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) cütünün qalibi
 TNS (Uels) – “Legiya” (Polşa) cütünün qalibi
 “Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
 “Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi

Xəbər xətti