"Flaqman" Nforu heyətinə qatdı
Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Neftçi” Belçikanın “Kortrjik” klubundan Ernest Nfor rəsmən heyətinə qatıb.
Sportal.az xəbər verir ki, kamerunlu hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. Nfor sabah Bakıya gələrək “Neftçi”nin düşərgəsinə qoşulacaq. 27 yaşlı Ernest Nfor karyerasına Kamerunun "Sable" klubunda başlayıb.
Qeyd edək ki, futbolçunun son iş yeri "Kortriyk" olub. Ernest 2011-ci ildən çıxış elədiyi klubda 66 oyun keçirərək 13 qola imza atıb.
saytlarin hazirlanmasi