"Skenderbeu"nun lideri "Neftçi" ilə cavab oyunundan öncə danışdı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” klubunun rəqibi olan “Skenderbeu”nun kapitanı Bledi Şkembi Albaniya mətbutatına müsahibə verib. Sportal.az 34 yaşlı tanınmış yarımmüdafiəçinin fikirlərini təqdim edir.
- Bakıda qeydə alınan heç-heçə sizin üçün əlverişli deyil?
- Biz Bakıda qeydə alınan nəticəyə görə məmnunuq. Azərbaycana getməzdən öncə də 0:0 hesabının uğurlu olacağını düşünürdük. İndi biz qisas matçına çıxmırıq. Sadəcə, oynayacağıq. Vəziyyətimiz eynidir. İlk oyundan öncə necə idisə, indi də elədir.
- İlk oyundan sonra “Skenderbeu”nun mərhələ keçməsi daha real deyil?
- Düşünürəm ki, “Neftçi” çox yüksək keyfiyyətlərə malik olan komandadır. Odur ki, “Neftçi” oyunda bizə çox çətin olacaq. Şanslar yenə bərabərdir.
- Komandamızın Bakıdakı oyunu sənin xoşuna gəldi?
- Düşünürəm ki, səhvlərimiz az oldu. Bizdə çatışmayan o idi ki, son ötürmələri edə bilmirdik və qapıya zərbə endirməyə çətinlik çəkirdik. Ümumilikdə, oyunumuz yaxşı idi. Vicdanlı danışsaq, “Neftçi”nin şansı daha çox idi. Qapıçımız Sehi də çox yaxşı təsir bağışladı.
- Sizi geridə çox böyük 90 dəqiqə gözləyir...
- Biz oyunların vacibliyini çox yaxşı dərk edirik. Çempionlar Liqasında mərhələ adlamaq bizim üçün yuxudur. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, mərhələ adlayaq. Bizim üçün çox əhəmiyyətli oyunlardır. Hər kəs bunun məsuliyyətini dərk edir. Azərilər çox acıqlıdırlar, amma il bizim ilimizdir.
saytlarin hazirlanmasi