"Neftçi" Albaniyada təhqirlərə məruz qaldı

11:08 - 23 İyul 2013

Yerli azarkeşlər "flaqman"ın məşqinə mane olmaq istədilər
 
“Neftçi” ÇL-nın II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubu ilə cavab matçı öncəsi ötən gün son məşqə çıxıb.
 
Sportal.az xəbər verir ki, təmsilçimizin son hazırlıq prosesi qaydalara uyğun olaraq Korça şəhərindəki “Skenderbeu” stadionunda baş tutub.
 
Lakin futbolçular komandamızı arenaya aparan avtobusu tərk edən kimi, yerli fanatların təzyiqi ilə üzləşiblər. Onlar “Neftçi”nin futbolçularının ünvanına təhqir dolu şüarlar səsləndiriblər. Hətta yerli azarkeşlər pirotexniki vasitələrdən də yararlanıblar. Amma bu kiçik qalmaqal “flaqman”ın məşqə vaxtında çıxmasına mane olmayıb.
 
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Xəbər xətti