"Neftçi" Ağdamı unutmadı

14:20 - 23 İyul 2013

"Ağ qaralar" meydana "qara sarğı" ilə çıxmaq istəyir
 
Bu gün  ÇL-nınLiqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” səfərdə Albaniyanın “Skenderbeu” klubunun qonağı olacaq. Sportal.az xəbər verir ki, təmsilçimiz Korçedə keçiriləcək qarşılaşmaya qara sarğı ilə çıxacaq.
 
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
 
"Məlum olduğu kimi, iyulun 23-ü Ağdamın işğalı günüdü.  “Neftçi” belə bir gündə meydana qara sarğı ilə çıxmaq üçün UEFA-ya müraciət ünvanlayıb. Həmçinin oyundan öncə 1 dəqiqəlik sükutun olmasını da istəyib."

Xəbər xətti