"Neftçi"nin UEFA-dan əldə etdiyi gəlir açıqlandı

05:56 - 24 İyul 2013

Qitə futbol qrumu klublara pul payladı

 

Avropa Liqasının 2012-13 mövsümündə iştirak edən klubların əldə etdiyi gəlir müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, UEFA 48 kluba ümumilikdə 209 milyon avro pul paylayıb. Həmin klubların siyahısında yer alan təmsilçimiz "Neftçi" cari mövsüm avrokuboklarda uğursuz çıxış etsə də, ötən il qitə miqyaslı turnirlərdə tarix yazaraq Avropa Liqasının qrup mərhələsinə adladığına görə, 1.3 milyon avro gəlir əldə edib. "Ağ-qaralar" eyni zamanda qrup mərhələsinin oyunları zamanı üç heç-heçəyə görə də 300 min avro əlavə qazanıb.

Xəbər xətti