Böyükağa Hacıyev Bakıya gələn kimi danışdı

18:31 - 24 İyul 2013

"Özüm mətbuat konfransı keçirib, qərarımı açıqlayacam"
 
Dünən Çempionlar Liqasında çıxışını dayandıran “Neftçi” artıq Bakıdadı. Təbii ki, komandada ən maraqlı fiqur baş məşqçi Böyükağa Hacıyev idi. "Skenderbü"yə uduzacağı halda istefa verəcəyini açıqlayan mütəxəssis, dünənki matçdan sonra bunu Bakıda edəcəyini qeyd edib. Bir qədər əvvəl hava limanında Böyükağa Hacıyev danışıb.
 
Sportal.az-ın Rekord.az saytına istinadən verdiyi xəbərə görə, çalışdırıcı çox danışmayıb və qərarının hələ dəqiqləşmədiyini bildirib:
 
"Oyun haqda danışmaq istəmirəm. Sabah səhər klubdaxili iclas keçirəcəyik. Orda hər şey müzakirə olunacaq. Yalnız bundan sonra qərar veriləcək. Özüm mətbuat konfransı keçirib, qərarımı açıqlayacam".

Xəbər xətti