Dekel Keynan: "Xəzər Lənkəran"la ilk oyunda yaxşı nəticə əldə etdik"

23:50 - 24 İyul 2013

"Növbəti mərhələyə keçmək istəyirik"

 

“Xəzər Lənkəran”la "Makkabi" arasında baş tutacaq Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunöncəsi İsrail klubunun futbolçusu Dekel Keynan  Lənkəranda keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, cavab oyunu barədə fikirlərini açıqlayan Keynan bu sözləri deyib:

 

“Biz “Xəzər Lənkəran”la İsraildə keçirilən ilk oyunda yaxşı nəticə əldə etdik. Hazırda sabah keçiriləcək cavab oyuna hazırlaşırıq. Biz “Xəzər Lənkəran”a böyük hörmət bəsləyirik. Onlar yaxşı rəqibdirlər. Lakin buna baxmayaraq, növbəti mərhələyə keçmək istəyirik”. 

Xəbər xətti