Böyükağa Hacıyev bu gün istefa verəcək

05:48 - 25 İyul 2013

Təcrübəli mütəxəssis "Neftçi"dəki vəzifəsindən gedir

 
Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.
 
Sporal.az klub saytına istinadən xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev, eləcədə məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib. Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bilidirib. 
 
Məşqçilər isə klub prezidentinin verəcəyi qərara razı olduqlarını söyləyiblər. “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.
 
Xatırladaq ki "Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Abaniyanın "Skenderbu" klubuna səfərdə (0:1)  məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər xətti