Ağdamlıların "Pyast" səddi
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, “Qarabağ” səfərdə “Pyast”ın qonağı olacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda ilk oyunda Polşa klubunu 2:1 hesabı ilə üstələyib. Bu səbəbdən ağdamlıların turu keçmək şansı bir qədər yüksəkdi. Oyunun start fiti saat 20:30-da “Pyast”ın eyni adlı stadionunda çalınacaq.
Qeyd edək ki, “Qarabağ” turu keçərsə, III mərhələdə “Anortosis” (Kipr) – “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
25 iyul
Avropa Liqası: II təsnifat mərhələsinin cavab oyunu
20:30. “Pyast” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 2:2 (ilk oyun 1:2)
Qol: Matras, 29, Robak, 36 - Leroy, 8
Hakimlər: Stanislav Todorov, Veselin Dobriyanov, Martin Dimitrov, Georgi Yordanov (Hakimlər briqadası Bolqarıstandandır)
UEFA nümayəndəsi: Ronald Zimmermann (Almaniya)
Hakim-inspektor: Luciano Luci (İtaliya)
saytlarin hazirlanmasi