"Qarabağ"ın növbəti rəqibi bəlli oldu

01:04 - 26 İyul 2013

Təmsilçimiz İsveç klubu ilə qarşılaşacaq

 

Avropa Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Piast”ı üstələyən “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu, İsveç təmsilçisi “Gefle”dir. 
 
Belə ki, Səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Qefle" öz meydanında Kipr "Anortosis"ini 4 cavabsız qolla keçib və bununla da, "Qarabağ"a rəqib olub. 
 
 
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra avqustun 8-də səfərdə keçirəcək. 

Xəbər xətti