"Piast"ın baş məşqçisi: "Mən uğura ümid edirdim"

01:31 - 26 İyul 2013

"Məqsədimizə çata bilmədik"

 

"Avrokuboklarda ilk görüşümüz uğursuz alındı. Biz həqiqətən də yaxşı oynadıq və daha çox irəliləmək istəyirdik".

 
Sportal.az xəbər verir ki, bu sözləri "Piast" klubunun baş məşqçisi Marçin Broş "Qarabağ"la oyundan (2:2) sonra deyib. Mərhələ adlaya bilməsək də, oyunçularımla fəxr edirəm deyən təcrübəli çalışdırıcı fikrini belə izah edib:
 
 "Böyük canfəşanlıq nümayiş etdirdik. Özümüzü daha yaxşı cəhətdən göstərə bilərdik, ancaq alınmadı. Bununla belə, oyunçularımla fəxr edirəm. Oyun çox gərgin keçdi. Komandamın potensialı var, bu oyunda qələbə qazanmağımıza nəysə çatmadı. Məqsədimizə çata bilmədik. Komandanın yüksək səviyyəyə gəlməsi üçün çox işləmək lazımdır. Oyun ərzində bəzi dəyişikliklər etdik. Təbii ki, rəqib də müəyyən dəyişikliklər həyata keçirdi. Sonda məğlub olduq, ancaq mən uğura ümid edirdim".

Xəbər xətti