Təyinatda dəyişiklik oldu
	 
	UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qefle" (İsveç) qarşılaşmasına təyinatda dəyişiklik edilib. 
	 
	Sportal.az xəbər verir ki, fransalı referi köməkçisi Djemel Zitouninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Serkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək:
	 
	"Qarabağ" - "Qefle" (İsveç)
	1 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
	Hakimlər: Nicolas Rainville (Fransa), Stephan Luzi (Fransa), Serkan Ok (Türkiyə), Sebastien Desiage (Fransa)
	UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
	Hakim-inspektor: Kaj Natri (Finlandiya)
                      
saytlarin hazirlanmasi