"Neftçi" rəsmisindən açıqlama

22:53 - 31 İyul 2013

Emin Mehtiyev və Nicat Qurbanov məsələsinə aydınlıq gətirildi

 

Xəbər verdiyimiz kimi "Neftçi" yeni mövsüm üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib və həmin siyanıda klubun iki oyunçusu - Emin Meytiyev və Nicat Qurbanovun adı yer almamışdı.

 

Sportal.az olaraq bu məsələ ilə bağlı "Neftçi"nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi həmin məsələ ilə bağlı bu sözləri deyib: 

 

"Biz həm Emin Mehtiyev, həm də Nicat Qurbanovun adını PFL-ə təqdim etdiyimiz siyahıya daxil etmişik. Ola bilsin ki, hər hansı mexaniki səhv olub və PFL həmin oyunçularımızın adını bu siyahıda göstərməyib. Amma yenə deyirəm ki, biz hər iki futbolçumuzun da adını iştirak ərizəsinə daxil etmişik".

Xəbər xətti