"Qarabağ"dan azarkeşlərə müraciət

13:23 - 1 Avqust 2013

"Biz "Gefle"ni məğlub etmək əzmindəyik"
 
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda bu gün İsveçin “Gefle” komandası ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərdən dəstək istəyib.
 
Sportal.az xəbər verir ki, klub bütün futbolsevərləri Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya çağırıb:
 
“Biz “Gefle”ni məğlub etmək əzmindəyik. Amma bunun üçün azarkeşlərimizin dəstəyi də vacibdir. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda tribunaların ağzınadək dolacağına inanırıq”.
 
Xatırladaq ki, “Qarabağ” – “Gefle” oyunu bu gün saat 21.00-da başlanacaq. 

Xəbər xətti