Per Olsson: "Hücumda yaxşı oynaya bilmədik"

23:57 - 1 Avqust 2013

"Azarkeşlər güclü səslərlə "Qarabağ"ı qola səslədi və qol oldu"

 

"Oyuna istədiyimiz kimi başladıq. Müdafiədə yaxşı oynadıq. Hələ də oyunun içindəyik" Təəssüf ki, hücumda yaxşı oynaya bilmədik. Heç-heçə olsaydı, yaxşı olardı". 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"la (1:0) oyundan sonra "Gefle"nin baş məşqçisi Per Olsson deyib. Hücumda zəif çıxış etdiklərini deyən rəqib çalışdırıcı fikrini belə izah edib:

 

"Keçən oyun biz hücumlar etdik və "Anortosis"ə məğlub olduq. Burada isə belə səhv etmək istəmirdik. Müdafiədə oynayan futbolçularınız yaxşı idi. "Anortosis"lə oyuna baxanda bu yaxşı nəticədir. Oyuna tamaşaçı kütləsinin də təsiri oldu. Azarkeşlər güclü səslərlə "Qarabağ"ı qola səslədi və qol oldu".   

Xəbər xətti