"Komandamız oyuna tam hazırdır"
	 
	 
	"Hər şey planlaşdırdığımız kimi gedir. Oyuna hazırlıq yüksək səviyyədə gedir. Komandamız oyuna tam hazırdır"
	 
	Bu sözləri “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Namiq Yusifov Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin komandanın süni örtüklü meydanda oynayacağını da dilə gətirib:
	 
	“Süni örtüklü meydanda oynayacağıq. Bu bir az problem yarada bilər. Amma biz indi bu haqda fikirləşmirik. Söz verirəm ki, hər bir oyunçumuz sonuna qədər meydanda döyüşəcək. İnşallah sabah 9 milyona gözəl bayram hədiyyəsi verəcəyik”
                      
saytlarin hazirlanmasi