"Oyunun keçiriləcəyi qazon pisdi, amma ..."

01:35 - 8 Avqust 2013

Qurban Qurbanov: "Oyun günü səhər də məşq edəcəyik"
 
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın III təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssi  bunları dilə gətirib:
 
“Oyunun keçiriləcəyi qazon pisdi. Amma biz buna hazırıq. Oyun günü səhər də məşq keçəcəyik. Biz artıq çoxdan bu təcrübədən yararlanırıq. Adətən onun başlama saatını oyunun keçirilmə saatına uyğun təyin edirik. Güman ki, saat 10:00 və ya 11:00-da məşq edəcəyik”.

Xəbər xətti